“Süni orqan yetişdirilməsi texnologiyalarının inkişafı sayəsində insanın gözlənilən ömrü 150 ilə çata bilər”.
Medianews.az xəbər verir ki, bunu epidemioloq, akademik Gennadi Onişenko deyib.
O qeyd edib ki, müasir tibb artıq birləşdirici toxuma hüceyrələrindən ayrı-ayrı orqanların yetişdirilməsinə imkan yaradır ki, bu da ömrün uzadılması üçün inqilabi perspektivlər açır.
"Və bu fantaziya deyil, bu artıq reallıqdır. Birləşdirici toxuma hüceyrəsi alınır və ondan həm böyrək, həm də qaraciyər yetişdirilə bilər", - Onişenko izah edib.
Medianews.az