Medianews.az
Gürcüstanda qiymətlər necə dəyişib? -
632 baxış

Gürcüstanda qiymətlər necə dəyişib? - Rəsmi hesabat

Rəsmi hesabata görə, sentyabrda Gürcüstanın istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,8 faiz artıb, amma rabitə xidmətləri 4,2 faiz, mebel və məişət əşyaları 3,7 faiz, nəqliyyat 2,1 faiz, geyim və ayaqqabılar 2 faiz, istirahət və mədəniyyət xidmətləri 1,3 faiz ucuzlaşıb.

Medianews.az bildirir ki, Milli Statistika Xidməti ərzaq və spirtsiz içkilərdə bahalaşmanı 11,9 faiz, səhiyyə xidmətlərində 9 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 7,1 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,1 faiz, təhsil sahəsində 2,8 faiz, kommunal xidmətlərdə 0,9 faiz göstərir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun