Medianews.az
Fransa-Azərbaycan qarşılaşması 3:0 hesabı ilə başa çatdı -
1,005 baxış

Fransa-Azərbaycan qarşılaşması 3:0 hesabı ilə başa çatdı - VİDEO+FOTO

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Medianews.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Görüşün ilk yarısında 45+2-ci dəqiqədə Kilian Mbappe millimizin qapısına ilk qolu vurub.

Görüşün ikinci hissəsində 69-cu dəqiqədə Adrien Rabyo, 84-cu dəqiqədə Florian Tauvin fərqləniblər.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

Medianews.az

Bizə qoşulun