Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Medianews.az-a açıqlamasında deyib ki, həmin abidəni Rusiya tərəfinə qaytarmaq lazımdır: “Məncə, bizimkilər elə belə də edəcəklər. Yəni qanunsuz qoyulmasına baxmayaraq, o heykəli qırıb tullamayacaq, yəqin Rusiya tərəfinə xəbər edəcəklər ki, gəlin zibilinizi götürün, aparın harada istəyirsiniz qoyun.
Həmin abidənin bizdən ötrü heç bir dəyəri yoxdur. Əvvəla, Ayvazovskinin bizə heç bir aidiyyəti yoxdur. İkincisi, kimin heykəlindən, abidəsindən asılı olmayaraq Azərbaycandan xəbərsiz, icazəsiz qoyulubsa, demək, qanunsuzdur və sökülməlidir. Qanunsuz qoyulan abidənin sökülməsi qanunidir, ona görə həmin heykəlin götürülməsi tam doğru-düzgün addımdır. Üçüncüsü, onu düzəltmiş heykəltəraşın özünü də tanıyan yoxdur, tanınmamış bir adamdır, kiməsə düzəltdiriblər. Sülhməramlı kontingent öz işi ilə məşğul olmalı idi, abidə qoymaqla yox. Əbədi gəlməmişdilər ki, bizim torpağa, müvəqqəti gəlmişdilər, konkret missiyaları var idi, həmin missiyaya heykəl qoymaq məsələsi daxil deyildi, müddətləri başa çatdı, çıxıb getdilər. Onların nə ixtiyarı çatırdı bizdən soruşmadan abidə qoysunlar?! İndi bizdən ötrü heç bir dəyəri olmayan o abidə Rusiyadan ötrü əzizdirsə, buyursunlar gəlib aparsınlar, harada istəyirlər qoysunlar. Lap aparıb Ermənistanda qoysunlar. Hərçənd Ayvazovski heç bilmirdi Ermənistan hansı tərəfdə yerləşir”.
F.Xəlilov abidənin sökülməsinə görə Rusiyada Azərbaycana qarşı aparılan qara təbliğata, xüsusilə kinorejissor Nikita Mixalkovun iddialarına da toxunub: “Nikita Mixalkov satqın bir adamdır. Mən onu yaxşı tanıyıram. Boris Yeltsin Rusiyada hakimiyyətdə olanda ona yarınırdı. Sonra Vladimir Putin hakimiyyətə gəldi, Mixalkov Yeltsini söyməyə, Putinə yarınmağa başladı. Mixalkov kimiləri Ayvazovski kimilərinin qanunsuz abidəsinin sökülməsindən bizim əleyhimizə istifadə etməyə çalışır. Amma bütün bunlar cəfəng ittihamlardır. Həm də buna görə hesab edirəm ki, onları fakt qarşısında qoymaq, əlavə cəfəng iddiaların ortaya atılmasına bəhanə verməmək üçün Ayvazovskinin abidəsini tullamaq yox, elə çağırıb Rusiya tərəfinin özünə vermək gərəkdir. Dediyim kimi: zibillərini özləri daşıyıb aparsınlar, harada istəyirlər qoysunlar”.
Nailə Qasımova,
Medianews.az
08.08.2025, 11:01
240 baxış
Azad
Ayvazovskinin heykəlini Rusiyaya qaytarmaq lazımdır - Zibilinizi götürün, aparın harada istəyirsiniz qoyun - Fərhad Xəlilov
Məlum olduğu kimi, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşdiyi dövrdə Xankəndi şəhərində Azərbaycan tərəfinin icazəsi olmadan erməni əsilli rəssam İvan Ayvazovskiyə (Hovanes Ayvasyan) qoyduqları qanunsuz abidə sökülüb.