06.08.2025, 08:32
88 baxış
Nailə
"Nyukasl Yunayted"in futbolçusu yaddan çıxdığı üçün Koreyada qaldı
"Nyukasl Yunayted" təlim-məşq toplanışını keçirdiyi Seulda (Cənubi Koreya) əsas komandanın sol cinah müdafiəçisi Mett Targetti təsadüfən unudub.
Oxu.Az xəbər verir ki, bu barədə Nyukasl klubuna yaxın jurnalistlərdən biri sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, klub İngiltərəyə gələn kimi 29 yaşlı ingilis oyunçunun yoxa çıxdığı bəlli olub.
Məlum olub ki, futbolçu Seulda qalıb. Klub nümayəndələri futbolçunun sağ-salamat olduğunu və tezliklə xüsusi reyslə komandaya qayıdacağını təsdiqləyiblər.
Qeyd edək ki, Targett 2022-ci ildən "Nyukasl Yunayted"də oynayır.