Medianews.az
Bu sözlərə görə Lavrovun "başını ağrıdacaqlar"
243 baxış

Bu sözlərə görə Lavrovun "başını ağrıdacaqlar"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlətin strategiyası baxımından aşkar ziyanlı mövqelərdən birini ortaya qoyub. Nazir gənclərlə görüşdə deyib ki, Rusiya tarixdə ilk dəfə Qərblə tək vuruşur, Birinci və İkinci Dünya müharibələrində müttəfiqlərimiz var idi, indi onlar yoxdur... Əvvəla, dünyada tək qalmaq, təcrid olunmaq öyünməyə dəyməyən və fəxrlə deyilməli bir etiraf ola bilməz. Lavrov kimi stajlı diplomatın bu qədər ehtiyatsız fikri niyə söyləməsinin səbəbini anlamaq çətin gəlir. Digər tərəfdən, Lavrovun iki cümləlik fikrindən kəskin suallar çıxarmaq olar. Rusiya niyə təklənib, bunun günahkarı kimdir, bütün dünya bir yanda, Rusiya bir yandadırsa, bu elə Rusiyanın Ukrayna məsələsində haqsız olduğuna sübut deyilmi, "müttəfiqlərimiz yoxdur" deyimi Şimali Koreya və Belarus rejimi kimi iki müttəfiqin haqqını yerə vurmaq deyilmi? Bu sözlər reallığın tam etirafı olsa da, onlara görə Lavrovun "başını ağrıdacaqlar". Həm özününkülər, həm də iki müttəfiqi... Aydın Quliyev, politoloq

Bizə qoşulun