Medianews.az
Pazl həvəskarı Ginnesin Rekordlar Kitabına düşdü
99 baxış

Pazl həvəskarı Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-dan olan Liza Fayerman dünyanın ən böyük pazl kolleksiyasını toplamaqla, bu həftə sevindirici xəbər alıb: o, Ginnesin Rekordlar Kitabına düşüb. Medianews.az bildirir ki, Liza Fayermanın kolleksiyasına 4060 ədəd pazl dəsti daxildir. Bu fakt isə artıq böyük bir nəticə kimi Ginnesin Rekordlar Kitabında rəsmi şəkildə təsdiqlənib. Belə ki, bu sahədə Liza Fayermanın nəticəsi əvvəlki rekordu iki dəfədən çox üstələyib. Əvvəlki rekord 2023-cü ildə amerikalı Con Volçaka məxsus idi ki, o da cəmi 2022 pazl dəsti toplaya bilmişdi. Fayerman pazl toplamağa 2019-cu ildən başlayıb. Onun bu zəngin kolleksiyasında Vinni-Puh, Hello Kitti, həmçinin Ceyms Bond, eləcə də "Dostlar" serialından və "Pislik" filmindən səhnələr təsvir olunan pazllar var. Bundan əlavə, amerikalı bu rekordçunun kolleksiyasında müxtəlif ölçülü dəstlər mövcuddur: bir neçə yüz hissədən ibarət kiçik pazllardan tutmuş 40320 hissədən ibarət nəhəng "Mikki Maus" pazlınadək. Kolleksiyada olduqca nadir nümunələr də var. "Ulduz döyüşləri" filmindən Yoda obrazı olan bir pazl dəstini tapmaq üçün o, Böyük Britaniyada düz yeddi il axtarış aparmalı olub. Fayerman üç dəfə ABŞ Milli Pazl Çempionatında və bir dəfə Dünya Çempionatında iştirak edib. "Uşaqlıqdan tapmacaları çox sevirdim və mənə çox xoş gəlir ki, hissələr bir araya gəlib bütöv bir şəkili əmələ gətirir. Yığım prosesi özü mənə həmişə böyük sevinc bəxş edir" – deyə Liza Fayerman bildirib. Medianews.az  

Bizə qoşulun