Onun sözlərinə görə, ilk növbədə qiymət artımı idxaldan asılılıqla əlaqədardır:
“Artıq Azərbaycan bazarlarında meyvə-tərəvəzlərin də əhəmiyyətli hissəsi idxal məhsullarıdır. Bu da təbii olaraq xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkə daxilindəki qiymətlərə təsirini artırır.”
Ekspertin fikrincə, daxili istehsalın azalması da qiymətlərin yüksəlməsində mühüm rol oynayır:
“Daxili istehsal əvvəlki illərlə müqayisədə azalıb. Bu səbəbdən istehlak tələbləri tam ödənilmir və yaranan boşluğu idxal məhsulları doldurur. Bu isə qiymətlərin artmasına səbəb olur”.
E.Kərimli əlavə edib ki, bazarlarda müşahidə olunan bəzi bahalaşmalar mövsümi xarakter daşıyır:
“Gilə meyvələrin – gilas, ərik, şaftalı kimi məhsulların mövsüm sonuna yaxın qiymətlərində təbii olaraq artım baş verir. Lakin bəzi hallarda süni qiymət artımları da müşahidə olunur, xüsusilə paytaxt bazarlarında”.
Ekspert bəzi sitrus meyvələrinin bahalaşmasını isə regionda baş verən geosiyasi proseslərlə izah edib:
“İran-İsrail arasında gərginlik ticarət yollarına və logistika xərclərinə təsir göstərdiyindən, bəzi sitrus meyvələrinin qiyməti artıb”.
Ət məhsullarının qiymətində də artımın olduğunu bildirən iqtisadçı bunun həm tələbatın artması, həm də əhalinin sayının çoxalması ilə əlaqəli olduğunu vurğulayıb:
“Eyni zamanda, ət istehsalında azalma müşahidə olunur, bu isə idxalın artması ilə nəticələnir. Bütün bu faktorlar birgə qiymət artımına gətirib çıxarır”.
Oğuz Ayvaz
15.07.2025, 08:21
326 baxış
TURAN
Ət də, meyvə də bahalaşır: Səbəb nədir? – AÇIQLAMA
Son 1-2 ayda bazarda bir sıra ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım baş verib. Yay mövsümündə meyvə-tərəvəz bolluğu yaşansa da, bir sıra ərzaq məhsullarının qiymətləri artmaqda davam edir. Bu hal əhalidə haqlı narahatlıq yaradıb. Qısa müddətdə ərzaq bahalaşmasının arxasında hansı səbəblər dayanır və bu prosesin qarşısını necə almaq olar?
“Meyvə-tərəvəz və digər ərzaq məhsullarının qiymətində son günlər müşahidə olunan artım bir sıra iqtisadi və mövsümi amillərlə bağlıdır”.
Bu barədə Medianews.az saytına açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli məlumat verib.