13.07.2025, 09:35
184 baxış
Azad
Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı
Bu gün futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.
Medianews.az xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında keçiriləcək. Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalda London təmsilçisi Braziliyanın “Fluminense” kollektivini, Paris klubu isə İspaniya “Real Madrid”ini mübarizədən kənarlaşdırıb.