Bank üzrə ekspert və hüquqşünas Əkrəm Həsənov Medianews.az-a açıqlamasında bildirib ki, kreditlə bağlı məsələlərdə şəffaflıq çox vacibdir və bu, əslində kredit müqavilələrində də öz əksini tapmalıdır.
Onun sözlərinə görə, faktiki olaraq borc alan şəxs yalnız faiz deyil, həm də komissiya haqları və digər bütün xərclərlə birlikdə ümumi məbləği bilməlidir:
“Kredit üzrə bütün xərclər - komissiya haqqı da daxil olmaqla - müqavilədə açıq şəkildə göstərilməlidir. Kredit götürənlər bu detallara diqqətlə yanaşmalıdır. Əgər vətəndaş faizləri başa düşməkdə çətinlik çəkirsə, kredit ödəniş cədvəlinə baxmalıdır. Çünki orada dəqiq göstərilir ki, məsələn, 10 min manat kredit götürürsə, sonda 13 min manat qaytarmalı olacaq. Bu isə o deməkdir ki, əlavə 3 min manat artıq ödəyəcək. Üstəlik, komissiya haqqı da var. İnsanlar bəzən faiz anlayışını düzgün başa düşmürlər. Buna görə də müqaviləni imzalamazdan əvvəl bütün şərtləri diqqətlə oxumaq vacibdir”.
Oğuz Ayvaz,
Medianews.az
10.07.2025, 11:28
213 baxış
Azad
Kredit götürürsənsə, bu detallara diqqət et – Ekspertdən vacib xəbərdarlıq
Bir çox insan kredit götürərkən yalnız aylıq faiz dərəcəsinə baxır, bu isə yanıldıcı ola bilər. Əslində, ödəniləcək ümumi məbləğə təsir edən əsas göstərici faktiki illik faiz dərəcəsidir. Kredit götürərkən nəyə diqqət edilməlidir ki, vətəndaş əlavə xərclərlə qarşılaşmasın? Faktiki illik faiz dərəcəsi aylıq faiz göstəricisindən nə ilə fərqlənir?

Paylaş: