04.07.2025, 12:31
310 baxış
Azad
Rusiyanın "Transneft" şirkətinin vitse-prezidenti Badalovun MEYİTİ TAPILDI
İyulun 4-ü səhər Rusiyanın "Transneft" şirkətinin vitse-prezidenti Andrey Yuryeviç Badalovun meyiti Moskvada yaşadığı evin pəncərələri altında tapılıb.
Medianews.az bildirir ki, ikin məlumatlara görə, 62 yaşlı Badalov mənzilin pəncərəsindən düşüb. O, özünü pəncərədən atıb, yoxsa onu pəncərədən atıblar, bəlkə yıxılıb - bunlar hələ bilinmir.
Andrey Badalov 2021-ci ildən "Transneft"in vitse-prezidenti vəzifəsində çalışıb.
"Transneft" ümumi uzunluğu 68 min kilometrdən çox olan magistral neft kəmərləri sistemini idarə edən, strateji əhəmiyyətə malik bir dövlət şirkətidir.
İstintaq orqanları Badalovun ölümünü araşdırır. Hadisənin necə baş verdiyi müəyyən edilir. "Transneft" şirkətindən hələlik rəsmi şərh yoxdur.
Medianews.az
Paylaş: