03.07.2025, 12:14
411 baxış
Azad
Rusiya Qəhrəmanı, baş komandan müavini, general Qudkov həlak oldu
Rusiya Qəhrəmanı, Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini, general-mayor Mixail Qudkov həlak olub.
Medianews.az xəbər verir ki, general Mixail Qudkovun öldüyünü Primorye qubernatoru Oleq Kojemyako təsdiqləyib.
Qudkovun Kursk vilayətində gedən döyüşdə həlak olduğu deyilir.
Məlumata görə, Ukrayna ordusunun endirdiyi raket zərbəsi nəticəsində generalla yanaşı 20-dən artıq hərbçi də ölüb.
Medianews.az
Paylaş: