Medianews.az
Moskvadan sonra Orenburqda: <span style=color:red>daha bir azərbaycanlı “qanuni oğru” tutuldu
153 baxış

Moskvadan sonra Orenburqda: daha bir azərbaycanlı “qanuni oğru” tutuldu

Azərbaycan əsilli kriminal avtoritet Vaqif Süleymanovun Moskvada saxlanmasından dərhal sonra Orenburq şəhərində daha bir azərbaycanlı kriminal avtoritet, “qanuni oğrukimi tanınan Zaur Şipilov (digər ləqəbi: Zaur Naxçıvanski) hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı “cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq” ittihamı irəli sürülüb. Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir. Kimdir Zaur Naxçıvanski? Zaur Şipilov 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur isə həmin dövrdə 21 yaşında olub və bu illərdə Rövşən Lənkəranski tərəfindən himayə olunub. Məhz Lənkəranski onun atasının yolunu davam etdirməsində mühüm rol oynayıb. 2024-12-10-18-14-47LecliMB8Z5NUY92Zvkbe_file.jpeg (10 KB) Zaur Şipilov, 2013-cü ildə Türkiyədə keçirilən bir “sxodka”da Rövşən Lənkəranskinin təşəbbüsü ilə “qanuni oğru” titulu alıb və 27 yaşında artıq “Zaur Naxçıvanski” kimi tanınmağa başlayıb. 2015-ci ilin oktyabr ayında Moskvada narkotik vasitə saxlama ittihamı ilə saxlanılaraq 3 il həbs cəzası alıb, 2018-ci ildə azadlığa çıxıb. İndi isə o, Rusiyada kriminal iyerarxiyada yüksək mövqeyə sahib olmaq ittihamı ilə üzləşib və yenidən məhkəmə qarşısına çıxacaq. Musavat.com

Bizə qoşulun