Medianews.az
Hava bu tarixdə <span style=color:red>düzələcək
157 baxış

Hava bu tarixdə düzələcək

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb. Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 3-ü saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır. Küləyin maksimal sürəti:  Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır. Qeyri-sabit hava nə vaxta qədər davam edəcək? Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Bizə qoşulun