Medianews.az
Tramp Rusiya əleyhinə layihəni <span style=color:red>dəstəkləyib
82 baxış

Tramp Rusiya əleyhinə layihəni dəstəkləyib

Prezident Tramp Senatda Rusiyaya qarşı hazırlanmış qanun layihəsinin qəbuluna dəstək verib. Medianews.az-ın məlumatına görə, bunu layihənin həmmüəllifi, respublikaçı senator Lindsi Qrehem (Lindsey Graham) bildirib. "Biz qolf oynayarkən prezident mənə dedi ki, bu qanun layihəsini irəli sürməyin vaxtıdır" - deyə Qrehem söyləyib. Layihədə Rusiyadan neft-qaz və digər mallar alaraq onun Ukraynaya qarşı müharibəsinə dolayı dəstək verən ölkələrə 500% rüsumun tətbiqi nəzərdə tutulub. Sənəd daha çox Çin və Hindistanı hədəf alıb. Qanun layihəsinə indiyədək rekord sayda - 100 senatordan 84-ü imza atıb. Bu, ABŞ qanunvericilik praktikasında nadir rast gəlinən ikipartiyalı konsensusdur. Layihənin iyul ayı ərzində müzakirəyə çıxarılaraq qəbulu planlaşdırılıb. O vaxta qədər Tramp Rusiya ilə danışıqlarda bundan təzyiq faktoru kimi yararlanaraq Putini sülhə razı salmaq üçün sonuncu cəhdini edəcək. Medianews.az

Bizə qoşulun