Medianews.az
Lənkəranda istirahət mərkəzin müdiri <span style=color:red>BIÇAQLANDI
112 baxış

Lənkəranda istirahət mərkəzin müdiri BIÇAQLANDI

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzinin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb. 5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun