25.06.2025, 09:50
294 baxış
Azad
Neft büdcə qiymətinə dönür
Energetika Nazirliyinin 25 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 72,12 dollara satılır.
Medianews.az bildirir ki, dünya bazarında neftin qiyməti İsraillə İran arasında iyunun 13-də başlayan savaş fonunda qalxmışdı. İyunun 12-də barreli 72,17 dollara təklif olunan “AzəriLayt”ın 20 iyun qiyməti 82,58 dollar göstərilmişdi. İyunun 23-də atəşkəs əldə olunandan neft ucuzlaşmağa üz tutub.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Toğrul Əli,
Medianews.az