Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Monarxiya 1979-cu ilin islam inqilabı nəticəsində devrilib. Devrilmiş İran şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi hazırda ABŞ-da yaşayır.
Rza Pəhləvi 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. Atası Məhəmmədrza Pəhləvi İrana 1941-1979-cu illərdə şahlıq edib. Rza Pəhləvi 1967-ci ildən şahzadə sayılır.
Hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayan Rza Pəhləvi Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. İslam rejiminin qatı əleyhdarıdır. 2012-ci ildə yaradılmış İran Milli Şurasının lideridir.
Medianews.az
23.06.2025, 14:02
234 baxış
Azad
Netanyahu nəyə işarə edir? – İran xalqına şahlıq dövrünün bayrağı ilə üz tutdu
İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına müraciət edib.
Medianews.az-ın məlumatına görə, Sara Netanyahu “İnstagram” şəbəkəsindəki hesabında paylaşım edərək yazıb: “Həyat yoldaşım, baş nazir Netanyahunun tez-tez dediyi kimi: Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz – zəngin tarixə malik istedadlı və uğurlu bir millətsiniz. Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox. Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq”.
Medianews.az qeyd edir ki, Sara Netanyahunun tək yazdıqları yox, onun paylaşımına əlavə etdiyi kollaj da diqqət çəkir.
Kollajda dağın başında yan-yana dayanmış iki şir təsvir olunur. Şirlərdən birinin kürəyində İsrail Dövlətinin, digərinin kürəyində isə Qacarlar Dövlətinin son çağlarında - 1900-cü illərin ilk onilliyində dövlət bayrağı kimi qəbul edilmiş və Pəhləvilər sülaləsi zamanı İran Şahlığının dövlət bayrağı olmuş bayraq görünür. Bu bayraq Qacarlar dövründə qəbul edilsə də, daha çox Pəhləvilərin, yəni İran Şahlığı dövrünün bayrağı kimi tanınır.

Paylaş: