Medianews.az
İsrail Tehrandakı Evin zindanını vurdu - <span style=color:red>VİDEO
197 baxış

İsrail Tehrandakı Evin zindanını vurdu - VİDEO

İsrail Tehrandakı məşhur Evin zindanının girişinə zərbə endirib. Medianews.az bildirir ki, məlumatı İsrailin xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsində paylaşdığı video ilə təsdiqləyib. Nazir ispan dilində “Yaşasın azadlıq” yazaraq bildirib: “İranı dəfələrlə xəbərdar etdik: mülki şəxsləri hədəfə almağı dayandırın! Onlar bu səhər də mülki insanları vurmağı davam etdirdilər. Bizim cavabımız budur”. Zərbənin dəqiq vaxtı və nəticələri barədə rəsmi Tehrandan hələ açıqlama verilməyib. Evin zindanı İran rejiminin siyasi məhbusları saxladığı, genişmiqyaslı işgəncə və hüquq pozuntuları ilə tanınan bir həbsxanadır. Medianews.az

Bizə qoşulun