Medianews.az
Tramp Türkiyəni yox, <span style=color:red>İsraili seçdi
141 baxış

Tramp Türkiyəni yox, İsraili seçdi

“Tramp G7-nin Kanada zirvəsindən yarımçıq getdi. ABŞ Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı. ABŞ-ın ən böyük təyyarə gəmilərindən biri Cənubi Çin dənizindən Oman körfəzinə gətirilir. Çin, Rusiya və bəzi başqa ölkələr "ən qısa zamanda İsraili tərk edin" mesajı yaydı. Daha müzakirəlik, qaranlıq bir şey qalmır. Tramp İranın vurulmasına tam və açıq dəstək verib”. Politoloq Aydın Quliyev Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, hazırda ABŞ yeni dünya düzənində İsrailin boy-buxununa uyğun gələcək yerini təyin etməklə məşğuldur: “Ərəb ölkələrindən birini də guya İsrailə əks balans qüvvə kimi yeni dünya düzənində önəmli yerə qoymağı planlayırlar. Əslində isə məqsəd ərəb-islam dünyasını müvəqqəti sakitləşdirmək və İsrailə qarşı aqressiv olmaqdan çəkindirməkdir. Ən uzaq hədəf Yaxın və Orta Şərq dünyasında İsraili həlledici söz sahibi etməkdir. ABŞ-ın planlarında, təəssüf ki, Türkiyə üçün önəmli mövqe nəzərdə tutulmur. ABŞ-ın hədəfi Yaxın və Orta Şərqi İsraillə bir tandem halında idarə olunan vəziyyətə gətirməkdir. Tandem ortağı kimi Türkiyənin yox, İsrailin seçildiyinin əlamətləri göz önündədir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun