04.06.2025, 10:27
131 baxış
Azad
Ölkə üzrə ən ağır göstərici - Yasamal birincidir
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanda 14 min 172 nəfər dünyasını dəyişib, hər 1000 nəfərə 5,6 ölüm düşüb.
Medianews.az bildirir ki, ölkədə ən ağır göstərici Bakının Yasamal rayonunda qeydə alınıb: 1000 nəfərə 8,1 ölüm.
Paytaxtın Suraxanı rayonunda 1000 nəfərə 7,6, Pirallahı rayonunda 7,1 ölüm rəsmiləşib.
1000 nəfərə ölümün yüksək olduğu başqa bölgələr bunlardır:
Daşkəsən - 8
Qax - 7,7
Goranboy - 7,2
Ağdam, Ağstafa, Şirvan şəhəri - 7,1.
Medianews.az
Paylaş: