02.06.2025, 09:00
109 baxış
Nailə
Neymar qovuldu, komandası... - VİDEO
"Santos"un hücumçusu Neymar Braziliya A Seriyasının 11-ci turunda "Botafoqo"ya qarşı keçirilən oyunda meydandan qovulub.
Publika.az xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu 76-cı dəqiqədə əli ilə topu qapıya göndərdiyi üçün ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə cəzalandırılıb.
Görüş isə "Botafoqo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar qolu Neymar meydandan qovulduqdan 10 dəqiqə sonra vurub.
Braziliyalı futbolçu 2025-ci ilin yanvarında 12 ildən sonra "Santos"a qayıdıb. Neymar 12 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.