Medianews.az
Ucarın elektrik yarımstansiyasında <span style=color:red>YANĞIN: Altı kənd işıqsız qaldı - VİDEO
94 baxış

Ucarın elektrik yarımstansiyasında YANĞIN: Altı kənd işıqsız qaldı - VİDEO

Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.
Medianews.az "Report"a istinadən xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40-da stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun