Medianews.az
Sabahın hava <span style=color:red>PROQNOZU
116 baxış

Sabahın hava PROQNOZU

İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Medianews.az -a verilən xəbərə görə, sabahın havası belə olacaq. Bakı və Abşeron Yarımadasında hava proqnozu Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Gecə temperaturu: 19-22° isti Gündüz temperaturu: 27-32° isti Atmosfer təzyiqi:755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək Nisbi rütubət: gecə 50-60 %, gündüz 35-45 % Azərbaycanın bölgələrində hava proqnozu Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə temperaturu: 17-22° isti Gündüz temperaturu: 31-36° isti Dağlarda gecə temperaturu: 10-15° isti Dağlarda gündüz temperaturu: 20-25° isti

Bizə qoşulun