Medianews.az
Minifutbol üzrə dünya çempionatında final həyəcanı: <span style=color:red>Millimiz Macarıstan seçməsi ilə üz-üzə
189 baxış

Minifutbol üzrə dünya çempionatında final həyəcanı: Millimiz Macarıstan seçməsi ilə üz-üzə

Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq. Oxu.Az xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək. Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb. 1 iyun Minifutbol üzrə dünya çempionatı Üçüncü yer uğrunda mübarizə Saat 18:00, Monteneqro - Serbiya. Final Saat 20:00, Azərbaycan - Macarıstan.

Bizə qoşulun