Medianews.az
1,5 milyard funt sterlinq dəyərində yeni silah zavodları <span style=color:red>inşa ediləcək
132 baxış

1,5 milyard funt sterlinq dəyərində yeni silah zavodları inşa ediləcək

Böyük Britaniya hökuməti ölkənin hərbi hazırlığını gücləndirmək məqsədilə 1,5 milyard funt sterlinq dəyərində altı yeni sursat və silah zavodları tikməyi planlaşdırır. AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu addım bazar ertəsi açıqlanacaq yeni strateji müdafiə icmalının bir hissəsi olacaq. Müdafiə naziri Con Hili bildirib ki, Britaniyada istehsal edilən sursat və partlayıcı maddələrin kəskin şəkildə artırılması ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, düşmənləri də çəkindirməyə xidmət edəcək. Baş nazir Kir Starmer ilə birlikdə layihəni təqdim edən Con Hili qeyd edib ki, bu təşəbbüs, həmçinin Birləşmiş Krallığın bütün bölgələrində ixtisaslı iş yerlərinin artmasına səbəb olacaq və müdafiə sənayesini iqtisadi artımın mühərrikinə çevirəcək. Layihə çərçivəsində Britaniyada “hər an döyüşə hazır” istehsal sistemi yaradılacaq və bu sistem lazım gəldikdə sürətlə genişləndirilə biləcək.

Bizə qoşulun