Medianews.az
Ronaldo SÜRPRİZ EDƏ BİLƏR - <span style=color:red>Elə təkliflər alır ki...
184 baxış

Ronaldo SÜRPRİZ EDƏ BİLƏR - Elə təkliflər alır ki...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo komandasının turnirə vəsiqə qazana bilməməsinə baxmayaraq, Klublararası Dünya Çempionatında oynaya bilər. Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Qeyd edilib ki, futbolçunun bu turnirdə çıxış edəcək klublardan təklifləri var. Xatırladaq ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-da Klublararası Dünya Çempionatı keçiriləcək . Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. O, 2023-cü ildən “Əl-Nəsr”da çıxış edir və ötən mövsüm 25 qol vuraraq turnirin bombardiri olub. Aprelin 10-da Ronaldonun Səudiyyə klubu ilə əmək müqaviləsini uzada biləcəyi barədə məlumat ortaya çıxıb. Jurnalist Canluici Lonqari klub rəhbərliyinin 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif etdiyini yazıb. Mətbuat daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olacaq. Mayın 11-də isə “Marca” nəşri “Əl-Nəsr”in Ronaldonun müqaviləsinin uzadılması ilə bağlı danışıqları dayandırdığını yazıb.

Bizə qoşulun