Medianews.az
Dünənki konsertdə Məhəbbət Kazımov da <span style=color:red> yad olundu - VİDEO
175 baxış

Dünənki konsertdə Məhəbbət Kazımov da yad olundu - VİDEO

Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub. “Qafqazinfo”nun AzTV-yə istinadən məlumatına görə, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər. Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb. 1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Sözügedən görüntüləri təqdim edirik:

Bizə qoşulun