Medianews.az
Ben Afflek üçüncü "Hesablaşma"da
67 baxış

Ben Afflek üçüncü "Hesablaşma"da

"World of Reel" nəşrinin yazdığına görə, çoxdan gözlənilən, filmin davamı kimi lentə alınan "Hesablaşma"nı ilk görənlər "SXSW" Kino Festivalının qonaqları olub. Medianews.az bildirir ki, film indiyə qədər müxtəlif müsbət rəylər alıb. Üstəlik, analitiklərin proqnozlarına görə ki, kassa gəlirləri bu filmin baxımlılığı sayəsində getdikcə artacaq. Hər iki filmin müəllifi olan tanınmış Hollivud rejissoru Qavin Okonnor artıq üçüncü filmdən də danışmağa başlayıb. Rejissor bildirib ki, o, Ben Afflek ilə işləməyə davam edəcək. "Ben Afflekə dedim ki, biz trilogiya edək. Alındı. Yeni fəsil "Hesablaşma 2" idi ki, bu ekran əsəri bizim təsəvvür etdiyimiz kimi oldu. Növbəti üçüncü hissədir. Biz artıq daha maraqlı, orijinal bir süjet haqqında düşünürük" - deyə rejissor qeyd edib. "Hesablaşma" ikinci filminin büdcəsinin 50-60 milyon dollar arasında olduğunu söyləyənlər deyirlər ki, məhz ona görə də bu filmin xərclərini geri qaytarması çətin olmayacaq. Hollivud mənbələrinə görə, növbəti yeni və üçüncü film üzərində iş isə yalnız kino ulduzu Ben Afflekin digər layihələrdəki iştirakından asılı olacaq. Böyük maraqla qarşılanmış "Hesablaşma" filminin ikinci bölümü üçün tamaşaçılar səkkiz il yarım gözləməli olublar. Lakin rejissor Okonnor ümid edir ki, üçüncü film üçün Affleki çox gözləməli olmayacaq. Medianews.az

Bizə qoşulun