Medianews.az
Tramp Suriyanı “İbraham sazişi”ni imzalamağa <span style=color:red>çağırdı
111 baxış

Tramp Suriyanı “İbraham sazişi”ni imzalamağa çağırdı

ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa-nı İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbraham sazişi”ni imzalamağa çağırıb. Medianews.az bildirir ki, bu barədə Tramp ilə əl-Şaraa arasında Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra Ağ ev məlumat yayıb. Tramp artıq dünən Suriyaya bütün sanksiyaların ləğv olunacağına dair vəd vermişdi. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş “İbraham sazişi”ni artıq imzalayıblar. Saziş 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılıb. Tramp əl-Şaraa-ya bildirib ki, ölkəsi üçün tarixi bir addım atmaq imkanı var. Bu addıma həmçinin xarici terrorçuların Suriyadan çıxarılması və ABŞ-a İŞİD terror qruplaşmasına qarşı mübarizədə yardım göstərilməsi də daxildir. Məlumata görə, görüşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da telefon vasitəsilə qatılıb. Daha sonra Tramp Ər-Riyadda bəyan edib ki, ABŞ Dəməşqdəki rəhbərliyə hər şeyi yenidən başlamağa imkanı vermək və Suriya ilə münasibətləri normallaşdırmaq istəyir. Tramp bu gün Qətərə səfər etməyi planlaşdırır. Onun Yaxın Şərq səfəri ümumilikdə dörd gün davam edəcək. Səfərdə onu iqtisadi nümayəndə heyəti müşayiət edir. Medianews.az

Bizə qoşulun