Medianews.az
Messinin ən yaxşı qolu - <span style=color:red>Mayın 22-də bilinəcək
143 baxış

Messinin ən yaxşı qolu - Mayın 22-də bilinəcək

Futbolçu Lionel Messi ən yaxşı qolunu seçərək onun sənət əsərinə çevrilməsində iştirak edəcək. Mayın 22-də argentinalı futbolçu hansı qolunun onun üçün xüsusilə dəyərli olduğunu açıqlayacaq. Bundan sonra Messi və türkiyəli rəssam Refik Anadol seçilmiş qolun görüntülərini yaradacaqlar. Sənət əsərinin satışından əldə olunacaq gəlir xeyriyyə işlərinə xərclənəcək. "İnter Mayami"nin forvardı 800-dən çox qol arasından yalnız birini seçməyin çox çətin olduğunu vurğulayıb: "Onların hər biri dəyərlidir, bəziləri isə həqiqətən vacibdir və ya inanılmaz xatirələr doğurur. Amma bu unikal layihəni həyata keçirmək üçün birini ilk dəfə ən yaxşı kimi qeyd etməyə dəyər. Bu işin arxasında güclü məqsəd var". Yaradılacaq əsər Nyu-Yorkda "Christie's" hərrac evinin himayəsi ilə iyunun 11-də satışa çıxarılacaq. Alıcının adı iyulun 25-də elan olunacaq. /Oxu.Az

Bizə qoşulun