Medianews.az
“Rasim Balayevin, Şeyx Əbdülün sonuncu dəfə hansı kinoya çəkildiyi <span style=color:red>yadımızdan çıxıb”
138 baxış

“Rasim Balayevin, Şeyx Əbdülün sonuncu dəfə hansı kinoya çəkildiyi yadımızdan çıxıb”

“Teatrlardan qocaman aktyorların çıxarılması ilə bağlı heç bir məlumatım yoxdur. Bilmirəm kim işləyir, kim çıxıb. Sənətkarı istənilən halda səhnədən uzaqlaşdırmaq olmaz. Bu məsələni diqqətlə izləyəndən sonra nazirliyin qarşısında problemi qaldıra bilərəm. Sənətkarların, teatr və kino aktyorlarının 30 ili boş gedib. Müharibə dövrünə düşüb, kino çəkilməyib. Rasim Balayevin, Şeyx Əbdülün sonuncu dəfə hansı kinoya çəkildiyi yadımızdan çıxıb. Şeyx Əbdül rejissordur, hansı əsəri son 30 ildə kinoya çəkibsə, o da məlum deyil. Yoxdur! Onların bəxti bir az gətirməyib. Elə mənim də, sənin də, heç kimin bəxti gətirməyib. Buna görə məsələ problemlidir, amma hər halda aktyorun yaşı olmur”. Bunu Medianews.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Milli Məclisdə Ağcabədini təmsil edən deputat seçicilərinin problemlərindən də danışıb: “Seçicilərimlə görüşürəm, xalqın içərisində oluram. Bunu deyə bilərəm ki, işsizlik problemi yaşayanlar çoxdur. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edirlər. Onların içərisində haqlı olanlar da var, haqsız olanlar da. Bütün şikayətlər haqlı deyil ki. Bir də rayonlarda su, artezian quyusu çatışmazlığı var. İnsanlar əkin sahələrini suvara bilmirlər. Problemlər çoxdur. Bu mənə olan müraciətlərdir ki, özüm də tez-tez rastlaşıram. Mənə olan müraciətləri müvafiq dövlət qurumlarına, nazirliklərə çatdırıram və xahiş edirəm ki, insanlara kömək etsinlər. Daha sonra mənə cavablar gəlir ki, hansı işləri görüblər. Onlar tək mənim yox, bütün deputatların sorğularına cavab verirlər” deyə Aqil Abbas bildirib. Əli Əsgər, Medianews.az

Bizə qoşulun