07.05.2025, 12:47
108 baxış
Azad
İraklinin yerinə adaşı gəldi
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 7 may qurultayı İrakli Kobaxidzeni qurumun sədri seçib.
Medianews.az bildirir ki, 1978-ci il təvəllüdlü İrakli Kobaxidze 2021-2024-cü illərdə partiyaya liderlik edib. O, 2016-2019-cu illərdə parlament sədri olub, 2024-cü il fevralın 8-dən baş nazirdir.
Gürcü Arzusu hakim partiyadır. Əvvəlki sədr İrakli Qaribaşvili aprelin 25-də siyasi fəaliyyətinə son verib.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib.
Toğrul Əli,
Medianews.az
Paylaş: