Medianews.az
Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı - <span style=color:red>FOTO
109 baxış

Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı - FOTO

Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb. Aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb. Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına "ölkəni tərk etmək" göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb. Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində "Rəsmi sənədləri saxtalaşdırma" maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində "Mühacir Qaçaqçılığı" cinayəti ilə bağlı qanuni iş başlanıb. Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib. /lent.az  

Bizə qoşulun