03.05.2025, 08:45
159 baxış
Azad
Tramp nə demək istəyir? - Roma Papası qiyafəsində fotosunu paylaşdı
ABŞ Prezidenti Donald Tramp özünü geniş ictimaiyyətə Roma Papası qiyafəsində təqdim edib.
Donald Tramp belə bir fotonu özünün "Trump Social" hesabında paylaşıb.
Belə ki, süni intellekt vasitəsi ilə düzəldilən fotoda Tramp Roma Papası qiyafəsindədir və onun taxtına oxşar kürsüdə əyləşib.
Hətta ABŞ Prezidenti yeni Papa olmağa hazır olduğunu da yazıb.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. /Oxu.az
Paylaş: