02.05.2025, 10:21
88 baxış
Azad
Tramp kabinetdəki yeganə boş vəzifəyə namizəd irəli sürdü
ABŞ prezidenti Donald Tramp kabinetdəki yeganə boş vəzifəyə – BMT-dəki daimi nümayəndə postuna Mayk Uoltsu namizəd göstərib.
Medianews.az bildirir ki, təyinat Konqresin yuxarı palatası olan Senatın qərarı ilə rəsmiləşməlidir.
Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp 2017-2021-ci illərdə prezident olub, 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır.
Seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur, Ağ ev aparatının başçısı vəzifəsinə Syuzan Uayls gətirilib.
Kabinetdəki qalan postlar bu şəxslərə həvalə olunub: dövlət katibi – Marko Rubio, müdafiə naziri – Piter Heqset, ədliyyə naziri – Pamela Co Bondi, daxili işlər naziri – Duqlas Burqum, daxili təhlükəsizlik naziri – Kristi Noem, maliyyə naziri – Skott Bessent, nəqliyyat naziri – Şon Daffi, energetika naziri – Kristofer Rayt, kənd təsərrüfatı naziri – Bruk Rollins, ticarət naziri – Hovard Lütnik, tikinti və şəhər inkişafı naziri Skott Turner, təhsil naziri Linda Makmen, əmək naziri – Lori Çaves-Deremer, səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi, veteranlarla iş naziri – Duqlas Kollins, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff, Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard, İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout, Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler, ticarət nümayəndəsi – Ceymison Qrir, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin.
Toğrul Əli,
Medianews.az
Paylaş: