Medianews.az
Zəiflik, unutqanlıq, yorğunluq... - <span style=color:red> Səbəb düşündüyünüzdən fərqli ola bilər
76 baxış

Zəiflik, unutqanlıq, yorğunluq... - Səbəb düşündüyünüzdən fərqli ola bilər

Mütəxəssislər deyirlər ki, dəmir çatışmazlığı təkcə qan azlığı deyil, bir çox başqa xəstəliklərə də səbəb olur. Bəs təbii yolla bunun qarşısını necə almaq olar? Medianews.az xəbər verir ki, bu barədə Daxili Xəstəliklər Mütəxəssisi Dos. Dr. Esra Dəmir açıqlama verib. O bildirib ki, dəmir çatışmazlığının orqanizmin kifayət qədər dəmir ala bilmədiyi və ya istifadə edə bilmədiyi zaman ortaya çıxan ümumi bir sağlamlıq problemidir. Esra Dəmir dəmir çatışmazlığı ilə anemiya arasındakı fərqlərə diqqət çəkərək düzgün müalicə üsulları haqqında açıqlamalar verib. O çatışmazlığının bədəndə zəiflik, yorğunluq və unutqanlıq kimi problemlərə səbəb ola biləcəyini ifadə edib və xüsusilə qadınların, vegetarianların və həzm sistemi problemi olan xəstələrin risk altında olduğunu bildirib. Prof. Doktor Dəmir, "Dəmir əskikliyi olan insanlar tez-tez halsızlıq, yorğunluq, unutqanlıq, yaddaş problemi və konsentrasiyada çətinlik kimi şikayətlərlə qarşılaşırlar. Bu səbəblə dəmirin ilk növbədə qidalardan təbii yollarla alınmasını tövsiyə edirik" deyib. Ən yaxşı dəmir qaynaqlarının yaşıl yarpaqlı tərəvəzlər və ət məhsulları olduğunu söyləyən Prof. Doktor Dəmir, "Vegeterian fərdlərdə qidalanma səbəbiylə kifayət qədər dəmir ala bilmədiklərindən dəmir çatışmazlığı yarana bilər. Eyni zamanda mədə və ya bağırsaq problemi kimi hallarda, dəmir qəbulu normal olsa belə, udma problemi yaranacaq və dəmir çatışmazlığı inkişaf edə biləcək hallarda tibbi müalicələrə müraciət edirik" deyib. Dəmir əskikliyində həm ağızdan alınan dərmanların, həm də damardaxili dəmir müalicələrinin tətbiq oluna bilər. Dəmir əlavəsinin dozası yaşa və cinsə görə dəyişir. Məsələn, kişilər, qadınlar və hamilə xəstələr üçün normal qan dəyərləri fərqlidir. Ona görə də dəmir müalicəsi şəxs üçün xüsusi olaraq planlaşdırılmalıdır. Çox dəmir qəbulunun bədəndə yığılmasına səbəb ola biləcəyinə diqqət çəkən Prof. Doktor Dəmir, "Xüsusilə qaraciyərdə yığılan həddindən artıq dəmir ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qan dəyərlərini bilmədən və həkim tövsiyəsi olmadan dəmir preparatları qəbul etmək təhlükəlidir. Ağızdan alınan dərmanlarda bu risk daha azdır, ancaq damardaxili dəmir müalicələrində həddindən artıq dozada ciddi problemlər yarada bilər. Xəstələr dəmir çatışmazlığı müalicəsinə başladıqdan 1-2 ay sonra özlərini yaxşı hiss etdikdə müalicəni dayandırırlar. Ancaq dəmir anbarları tam dolmadan müalicəyə son qoyulmamalıdır. Əks halda, qısa müddətdə dəmir çatışmazlığı yenidən baş verə bilər. Dos. Prof. Dr. Ahmet Erdem, menopoz sonrası dövrdə və ya kişi xəstələrdə dəmir çatışmazlığının altında yatan fərqli bir sağlamlıq probleminin ola biləcəyini ifadə edib. Doktor Dəmir bildrib ki, vegeterian olmayan bir şəxsdə dəmir çatışmazlığı aşkar edilərsə, əlavə müayinələr aparılmalıdır. Normal qidalanan kişilərdə və menopoz sonrası qadınlarda dəmir çatışmazlığı gözlənilməz bir vəziyyətdir və bağırsaq və ya mədə problemlərinin əlaməti ola bilər. Ağızdan həb qəbul edə bilməyən və hamiləliyin ağır anemiyası olan bütün xəstələrə damardaxili dəmir müalicəsinin üstünlük verildiyini ifadə edən Prof. Dr. Dəmir, bu üsulun xəstəxana şəraitində tətbiq edilməsi lazımolduğunu və intravenöz olaraq verilən yüksək dozada dəmir allergik reaksiyalara səbəb ola biləcəyini deyib. Ona görə də xəstəxana mühitində xəstələrin monitorinqi çox vacibdir. Medianews.az

Bizə qoşulun