Medianews.az
Azərbaycanın quru sərhədi açılır – <span style=color:red>Xaricə sərnişin qatarı işə düşür
234 baxış

Azərbaycanın quru sərhədi açılır – Xaricə sərnişin qatarı işə düşür

Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək. Bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib. “Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, - mənbə bildirib. Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir. Medianews.az xatırladaq ki, 2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.

Bizə qoşulun