Medianews.az
Sabahın hava <span style=color:red>PROQNOZU
133 baxış

Sabahın hava PROQNOZU

Aprelin 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Medianews.az -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava proqnozu Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur, təzyiq və rütubət göstəriciləri Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti Aprelin 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda havan;n temperaturu Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Bizə qoşulun