Medianews.az
Diplomatik həll yoxdur, müharibə davam edəcək – <span style=color:red>Ekspert
187 baxış

Diplomatik həll yoxdur, müharibə davam edəcək – Ekspert

“Rusiya və Ukrayna müharibəsinin diplomatik danışıqlarla həlli yoxdur. Onda ola bilər ki, bir tərəf güzəştə getməlidir”. Siyasi ekspert Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış ərazisindən imtina etməyəcək: “O biri yandan da Rusiya işğal etdiyi əraziləri öz ərazisi kimi tanınmasını şərt kimi irəli sürüb. ABŞ Prezidenti Donald Tramp Krımı Rusiya ərazisi kimi tanınmağı Kiyevdən tələb edir. Bu danışıqlar Londonda razılaşdırılmalı idi. Amma Ukrayna Prezidenti Volodimir Zelenski Krımı haqlı olaraq Rusiya ərazisi kimi tanımadı. Əgər tanısaydı, öz ölkəsinin konustitusiyasını pozmuş olardı. Müharibəni uduzmuş olardı”. London görüşünün bu səbəbdən fiaskoya uğradığını xatırladan ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi razılaşma ilə yox, yalnız cəbhə xəttində bir tərəfin məğlub olması ilə başa çatacaq: “Yaxud tərəflər mövqe döyüşündə yorulacaqlar. Rusiyanın yorulduğu görünür. Müharibənin ilin axırına kimi sərt şəkildə davam etməsi gözlənilir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun