22.04.2025, 13:03
145 baxış
Azad
Cennifer Lopezin yeni sevgilisi?
Dünya şöhrətli müğənni, aktrisa Cennifer Lopez keçmiş əri, Hollivudun ulduz aktyoru Ben Affleklə Cennifer Qarnerin yenidən birləşməsi barədə yayılmış şayiələrə çox qəribə jestlə cavab verib.
Medianews.az xəbər verir ki, Lopez tanınmış bir həmkarı ilə sevgili obrazında görüntü yaratsa da, Hollivud insayderləri bunun yeni eşq romanının başlanğıcı olduğunu bildiriblər.
"Pop ulduzun yeni bir eşq romanı varmı?" sualına dəqiq, həmçinin də ətraflı cavab tapmaq məqsədilə jurnalist araşdırmaları aparan "Daily Mail" nəşri yazıb ki, bir müddət öncə Cennifer Lopez "Ted Lasso" filminin ulduzu, aktyor Brett Qoldstin ilə birlikdə Brodvey teatrında "Oh, Məryəm!" tamaşasına baxıb və daha sonra da onlar mehribancasına restoranda şam ediblər.
Lopezlə Qoldstin yeni bir filmə çəkilməyə hazırlaşır. Lentə alınacaq bu ekran əsəri isə "İşdə məhəbbət macərası" adlanır. Digər aktyorlar da bu yeni filmdə öz məşhur həmkarlarını dəstəkləməkdən ötrü çəkiliş meydançasında əllərindən gələni edəcəklərini bildiriblər. Hələlik münasibətlərin necə davam etdiyi qeyri-müəyyən görünsə belə, ulduzların çevrəsindəki iş yoldaşlarının, aktyorların fikrincə, artıq Lopezlə Qoldstin bir sevgi roman yaşayırlar.
Hollivud insayderlərindən biri onların bu yeni münasibəti barədə deyib: "Belə təsəvvür yaranır ki, aktyor kimi Brett yalnız oynayır, axı o, həmçinin çox istedadlı biridir və adamı heyrətə gətirən skriptlər yazır. O, kino ulduzu, aktyor Ben Afflekin daha kiçik bir ingilis versiyasına bənzəyir. Düzdür, bəzi insayderlər bunun sevgi romanı olduğunu söyləyirlər, amma son sözü yenə Lopez deyəcək".
Bəzilərinin fikrincə, Cennifer Lopez Ben Afflekin acığına bilərəkdən özünə sevgili tapdığını nümayiş etdirir.
Xatırladaq ki, bundan əvvəl artıq keçmişi unutduğunu, stresdən çıxdığını söyləyən Cennifer Lopez bildirmişdi ki, o, tənhalığı seçmək fikrində deyil.
Medianews.az