Medianews.az
"Qarabağ” türk klublarının qapısına 23 qol vurdu -<span style=color:red> FOTO
174 baxış

"Qarabağ” türk klublarının qapısına 23 qol vurdu - FOTO

"Qarabağ" Futbol Akademiyasının U-15 komandası Türkiyədə "Junior World Cup" turnirində iştirak edir. Milli.Az xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu kollektiv dünən başlanan yarışda artıq 5 görüş keçirib. B qrupunda yer alan təmsilçimiz ilk matçda "Fulhem"ə (İngiltərə) uduzsa da (1:3), digərlərində inamlı qələbələr qazanıb. "Qaziemir Gündoğan" (Türkiyə) və "Muratlı Yıldızspor" (Türkiyə) kollektivlərinin hər birinə 8 cavabsız qolla qalib gələn "Qarabağ" 7 top da "Göztəpə"yə vurub (7:1).
"Qarabağ" "Rayo Valyekano" (İspaniya) ilə "sülh" bağlayıb - 1:1. Turnir davam edir.

Bizə qoşulun