Medianews.az
Ukraynada hərbi vəziyyət uzadıldı – <span style=color:red>Seçki keçirilə bilməz
104 baxış

Ukraynada hərbi vəziyyət uzadıldı – Seçki keçirilə bilməz

Ukraynanın Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyəti, səfərbərliyi daha 90 gün uzadıb. Medianews.az-ın məlumatına görə, aprelin 18-də Prezident Zelenski hərbi vəziyyəti, eləcə də ümumi səfərbərlik müddətinin uzadılmasını nəzərdə tutan yeni qanunları imzalayıb. Hər iki rejim üç ay uzadılır və 6 avqusta qədər qüvvədə qalacaq. Məlum olduğu kimi, Ukraynada mövcud hərbi vəziyyət Rusiyanın bu ölkəyə geniş miqyaslı hücuma başladığı 2022-ci ildən qüvvədədir və artıq 15-ci dəfədir ki, eyni səbəbdən uzadılır. Hərbi vəziyyət dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, prezident və parlament seçkiləri də keçirilə bilməz. Medianews.az

Bizə qoşulun