Medianews.az
Səhər limonlu bir stəkan su içmək… -<span style=color:red> Nə ilə faydalıdır?  
129 baxış

Səhər limonlu bir stəkan su içmək… - Nə ilə faydalıdır?  

Kardioloq Xose Abellan səhərlər acqarına içilən limonlu bir stəkan suyun orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malik olması haqqında mifi təkzib edib. Medianews.az xəbər verir ki, Abelian bildirir ki, insanlar orqanizmi tullantılardan və toksinlərdən təmizləmək, həzmi yaxşılaşdırmaq, immunitet sistemini gücləndirmək və arıqlamaq üçün adətən limonlu su içirlər, lakin bu günə qədər alimlər bu içkinin faydalarını sübut edə bilməyiblər. Həkim belə bir səhər ritualının yeganə faydalarını su balansını qorumaq və limfa sisteminə kömək etmək kimi adlandırıb. Mütəxəssis sağlam həyat tərzinin dörd komponentini sadalayıb: düzgün qidalanma, fiziki məşq, istirahət və sosial əlaqələr. Həkim insanları bu prinsiplərə əməl etməyə çağırıb. Medianews.az

Bizə qoşulun