Medianews.az
Əvvəlki illərin aprelində Bakıda hava necə keçib? – <span style=color:red>50 illik göstəricilər
232 baxış

Əvvəlki illərin aprelində Bakıda hava necə keçib? – 50 illik göstəricilər

Bakıda soyuqdur, külək əsir, yağış yağır. Amma Milli Hidrometeorologiya Xidməti bu ay Bakıda orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağını xəbər verib. 2025-ci ilin aprelində Bakıda havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı bildirilib. Bəs əvvəlki illərdə aprel ayında Bakıda hava necə keçib? Medianews.az ötən əsrin 70-ci illərindən bəri Bakıda apreldə orta aylıq temperaturun necə olduğunu araşdırıb. Sayt bu məqsədlə Milli Hidrometeorologiya Xidmətinin müxtəlif illər üzrə təqdim etdiyi məlumatları toplayıb.  Medianews.az bildirir ki, 1971-ci ildən bəri aprel ayında Bakıda havanın orta temperaturu belə olub: 1971-ci il - 10.7 dərəcə isti 1972-ci il - 13.6 dərəcə isti 1973-cü il - 12.9 dərəcə isti 1974-cü il - 10.6 dərəcə isti 1975-ci il - 14.9 dərəcə isti 1976-cı il - 12.9 dərəcə isti 1984-cü il - 11.5 dərəcə isti 1985-ci il - 12.1 dərəcə isti 1986-cı il - 14 dərəcə isti 1987-ci il - 9 dərəcə isti 1988-ci il - 12.9 dərəcə isti 1989-cu il - 13.4 dərəcə isti 1990-cı il - 12.2 dərəcə isti 1991-ci il - 12.6 dərəcə isti 1992-ci il - 10.8 dərəcə isti 1993-cü il - 11.3 dərəcə isti 1994-cü il – 13 dərəcə isti 1995-ci il - 13.7 dərəcə isti 1996-cı il - 9.6 dərəcə isti 1997-ci il - 12.1 dərəcə isti 1998-ci il - 13.5 dərəcə isti 2000-ci il - 15.5 dərəcə isti 2004-cü il - 11-12 dərəcə isti 2007-ci il - 10-12 dərəcə isti 2008-ci il - 13-15 dərəcə isti 2010-cu il - 12-14 dərəcə isti 2011-ci il - 9-11 dərəcə isti 2016-cı il - 11-14 dərəcə isti 2019-cu il - 11-14 dərəcə isti 2020-ci il - 11-13 dərəcə isti 2021-ci il - 13-16 dərəcə isti 2022-ci il - 11-14 dərəcə isti 2023-cü il - 11-13 dərəcə isti 2024-cü il - 10-12 dərəcə isti. Toğrul Əli, Medianews.az

Bizə qoşulun