14.04.2025, 13:10
111 baxış
Lamiyə
Qəhvə içmək üçün tutarlı SƏBƏB
“Qəhvə qocalmanı ləngidir və arıqlamağa kömək edir”.
Medianews.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Yekaterina Titova deyib.
O bildirib ki, son araşdırmaların nəticələrinə görə, qəhvə orqanizmin qocalma prosesini ləngidir və arıqlamağa kömək edir. Araşdırma zamanı bağırsaqlarda kofeini xlorogen turşuya və B və PP vitaminlərinin törəmələrinə parçalaya bilən bakteriyaların olduğu müəyyən edilib. Bu metabolitlər qəhvə həvəskarlarının qanına sorulur və orqanizmə kompleks müsbət təsir göstərir.
Belə ki, Titovanın sözlərinə görə, xlorogen turşusu iltihab əleyhinə təsir göstərir, əzələ tonusunu artırır və idrak funksiyalarını yaxşılaşdırır. Vitamin PP-nin törəmələri, xüsusən nikotinik turşu, zülalların, yağların və karbohidratların parçalanması prosesində iştirak edir və bununla da bütövlükdə orqanizmə cavanlaşdırıcı təsir göstərir, həmçinin arıqlamağa kömək edir və qanda xolesterinin səviyyəsini azaldır.
Bundan əlavə, Arabica qəhvəsinin tərkibində qocalma əleyhinə təsir göstərən çoxlu meyvə turşuları var.
Medianews.az
Paylaş: