14.04.2025, 13:21
221 baxış
Azad
Bakıda 5 dərəcə şaxta! - YENİ PROQNOZ
İki-üç gün ərzində Azərbaycanın paytaxtına və bölgələrə iqlim normasından xeyli artıq yağış yağacaq. Medianews.az bildirir ki, bu məlumat “İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında yayılıb.
Proqnozda aprelin 15-nə keçən gecədən ölkə ərazisini yağışların cənginə alacağı vurğulanır.
Aprelin 15-i günün birinci yarısında Bakı-Abşeron yarımadasında və ölkənin şimal bölgəsində, aprelin 16-sı yenə Bakıda və Abşeronda, eyni zamanda ölkənin qalan ərazilərində yağışın kəskin xarakter alacağı qeyd edilir.
Məlumata əsasən, aprelin 17-si səhərdən yağış tədricən səngisə də, soyuq hava axşamadək davam edəcək.
O da qeyd olunur ki, aprelin 15-16-na gündüzlər 10 dərəcədən yuxarı isti proqnozlaşdırılsa da, şiddətli külək səbəbindən havanın temperaturu ayın 15-də gündüz yalnız 3 dərəcə isti, ayın 16-da isə 2 dərəcə şaxta kimi hiss ediləcək.
Gecə saatlarına 7-10 dərəcə isti proqnozlaşdırılsa da, yenə şiddətli külək səbəbindən temperatur əslində şaxta kimi, özü də 5 dərəcə şaxta kimi hiss olunacaq.
Medianews.az
Paylaş: