Medianews.az
DƏHŞƏT: Keçmiş nişanlısını və anasını güllələyib ÖLDÜRDÜ - <span style=color:red>VİDEO/FOTO
143 baxış

DƏHŞƏT: Keçmiş nişanlısını və anasını güllələyib ÖLDÜRDÜ - VİDEO/FOTO

Aprelin 4-də Türkiyənin İzmir şəhərində keçmiş nişanlısını güllələyib öldürən, anasını yaralayan, sonra da intihar edən şəxs barəsində yeni məlumatlar ortaya çıxıb. Medianews.az xəbər verir ki, hadisəni törədən şəxsin 6 il həbs cəzası ilə axtarışda olduğu öyrənilib. Hadisə İzmirin Çiğli rayonunda baş verib. 35 yaşlı Necati Yorğun keçmiş nişanlısı Selen Sakını və anası Serpil K.-nı tapança ilə güllələyib. Ana və qızı qan içində olarkən, N.Yorğun eyni silahla özünü də sinəsindən vurub. Xəbər üzərinə hadisə yerinə gələn təcili yardımın müayinəsi zamanlı Selen Sakının hadisə yerində öldüyü müəyyən edilib. Ağır yaralı olduğu təsbit edilən Serpil K. və silahlı hücumçu Necati Yorgun təcili yardımla xəstəxanaya aparılıb. Onlar da xəstəxanada dünyasını dəyişiblər. Selen Sakın və Necati Yorgunun cəsədləri ekspertizadan sonra İzmir Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Medianews.az [playlist type="video" ids="810603"] Eski nişanlısını öldürüp annesini yaralayan saldırgan 6 yıl hapisle aranıyormuş Eski nişanlısını öldürüp annesini yaralayan saldırgan 6 yıl hapisle aranıyormuş Eski nişanlısını öldürüp annesini yaralayan saldırgan 6 yıl hapisle aranıyormuş  

Bizə qoşulun