Medianews.az
Marin Le Pen haqda <span style=color:red>həbs qərarı verildi
155 baxış

Marin Le Pen haqda həbs qərarı verildi

Fransanın müxalifət lideri Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputat barəsində həbs qərarı verilib. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Paris məhkəməsinin qərarına əsasən, Marin Le Pen “Aİ vəsaitlərini mənimsəmə” və “Korrupsiya” ittihamı ilə iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edilib. Bununla yanaşı, o, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən də məhrum edilib. Qeyd edək ki, o, daha öncə Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində sonuncu dəfə iştirak edəcəyini açıqlamışdı. Bundan əvvəlki seçki yarışında da Fransanın hazırkı lideri Emanuel Makronun əsas rəqibi idi.

Bizə qoşulun