30.03.2025, 17:43
140 baxış
Nailə
İntihara cəhd edən şairin son durumu AÇIQLANDI
İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.
BAKU.WS xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat yayıb.
O qeyd edib ki, H.Kürün səhhətində xeyli irəliləyiş var:
"Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim. Şükür! Amma hələ də ciddi müalicələr almalıdır. İnanıram ki, onu dövlət rəsmiləri yalqız qoymayacaqlar".
Xatırladaq ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib.
Belə ki, o, "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. Həmin gün 19:10-da müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Onun müalicəsi davam etdirilir.